Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Toz halında olan qəhvələrin dəhşətli təhlükəsi

  • 2023.04.05 14:16
  • 1485 Baxış
Toz halında olan  qəhvələrin dəhşətli təhlükəsi
Marketlərdə toz halında satılan qəhvələr orqanizm üçün təhlükəlidir.

Çünki onlar çox yüksək istilik sayəsində toz halına gətirilir. Bu zaman onun tərkibində akbilamid maddə daha çox çoxluq təşkil etdiyindən xərçəngə gətirib çıxardır. Əsasən tərkibində çox miqdarda karbohidrat olan qidalar qızardılan zaman akrilamid istehsal edir.


Ümumilikdə qızartı məhsulları, əsas da ötmüş, yanmış məhsul xərçəng riskinin artmasına gətirib çıxaracaq.

“Medicina” xəbər verir ki, kanserogenlər iki yolla xəstəliyə səbəb olurlar: ya hüceyrələrdəki DNT-ni birbaşa zədələməklə, sonradan hüceyrə əmələ gəlməsinin normal proseslərini pozan mutasiyalara səbəb olmaqla, ya da hüceyrələrin normaldan daha tez bölünməsinə səbəb olmaqla, DNT dəyişikliyi ehtimalını artırır.


Qızartma və həddində artıq isitmə zamanı 180°C-dən yuxarı temperaturda amin turşusu asparagin və şəkərin reaksiyası nəticəsində əmələ gəlir. Ət və balıqların qızardılması heyvanlarda kanserogen olduğu sübut edilmiş heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər kimi birləşmələrin əmələ gəlməsinə səbəb olur.


Problem ondadır ki, yüksək temperaturda emal edildikdə təkcə məhsulun özü deyil, həm də onun qızardıldığı yağ da çox zərərlidir. Qızdırıldıqda peroksidlər əmələ gətirir. Onlar təhlükəlidirlər, çünki hüceyrədə zülal sintezini ləngidir, DNT-də bir sıra mutasiyalara səbəb olur və hüceyrələrin məhvinə səbəb olur.

Aynurə Məmmədova