Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Toyuğun zəhərlənməsindən özünüzü qoruyun

  • 2018.04.02 21:56
  • 13818 Baxış
Toyuğun zəhərlənməsindən özünüzü qoruyun
Uzun ömür sağlam qidalanmaqdan keçir. Vaxtı keçmiş və ya düzgün saxlanılmayan qidalar bir sıra zəhərlənmələrə yol aça bilər.

 

Medicina.az xəbər verir ki, toyuq qida zəhərlənməsi baxımından çox təhlükəlidir.

 

Bu səbəbdən saxlanılmasına xüsusi diqqət yetirmək lazımdır. Toyuğu çox isti otaq şəraitində saxlamaq onun keyfiyyətinin pozulmasına yol açır. Donmuş toyuq soyuducuda, təzə alınmış toyuq əti isə ən az müsbət 4 dərəcədə saxlanılmalıdır. 


Toyuq alarkən ilk diqqət edilməli əlamətlər onun rəngi və qoxusudur. Qablarda aldığınız toyuqların sellofanını tam açmadan bir kənarından cıraraq, qoxusunun necə olduğunu öyrənə bilərsiniz. Əgər pis qoxusu varsa, uzaqdan hiss ediləcək. Təzə toyuğun rəngi açıq olur.