Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Toyuğu dərisi ilə yeyirsinizsə, ürəyiniz təhlükədədir - Damar tıxanıqlığı...

  • 2018.11.16 09:04
  • 16291 Baxış
Toyuğu dərisi ilə yeyirsinizsə, ürəyiniz təhlükədədir -  Damar tıxanıqlığı...
Damarlar tutulan zaman qan lazım olan sürətlə hərəkət edə bilmir. Bu zaman ürək xəstəliklərinə yoluxma riski artır. Bu səbəbdən də damar sağlamlığını qorumaq və damarların tıxanmasının qarşısını almaq üçün yağ toplanmasının qarşısını almaq vacibidr. 


Bəs gündəlik istifadə etdiyiniz bir çox qidaların damar tıxanıqlığına səbəb olduğunu bilirsinizmi? 


Medicina.az sizə damar tıxanmasına səbəb olan həmin qidaların adlarını açıqlayır:


Ət


Ət doymuş yağ turşuları və xolesterol səviyyəsi yüksək olan bir qidadır. Bu səbəbdən də həftədə 2 və ya daha çox miqdarda istifadə edilən qırmızı ət damarların tıxanmasına səbəb ola bilər.  


Toyuq dərisi


Toyuğun və hinduşkanın dərisi damarların divarında yağ toplanmasına səbəb olur. Məsələn, toyuğun qanadı əsasən soyulmadan qızardılır. Zərərsiz görünsə də dəridəki kalori və lipoprotein miqdarı çox yüksəkdir. 


Yumurta 


Yumurtanın sarısında çoxlu miqdarda damarları tıxayan lipoprotein mövcuddur. Ancaq qaynadılmış və ya sobada bişirilmiş yumurtanın tərkibində olan yağın miqdarı qızardılmış yumurtaya nisbətən aşağıdır. 


Yağlar 


Mətbəxdə istifadə edilən yağların (günəbaxan və qarğıdalı yağı) çoxu doymuş yağ turşuları ilə  zəngindirlər. Buna görə də az miqdarda istifadə edilməsi məsləhətdir. 


Həmçinin hamburger və fast food tarzli yeməklər də damarlarda tıxanıqlıq meydana gətirə bilər. 


Arzu

Medicina.az