Ət zülal mənbəyidir, eləcə də qanın elementlərini formalaşdırır. Bir çoxları əti balıq və toyuqla əvəz edir.
“Medicina” xəbər verir ki, həkim dietoloq Nataliya Denisova həftədə neçə dəfə ət yeməklə bağlı məlumat verib:
“İnsanın kifayət qədər ət yeməməsi sümük, əzələ sıxlığı və kütləsinin azalmasına səbəb olur, qan azlığına gətirib çıxarır. Nəticədə ürək-damar, dayaq-hərəkət, sidik sistemində problemlərə gətirib çıxarır.
Az ət yemək hətta onkoloji xəstəliklərə də səbəb olur, çünki immunitet zəifləyir.
Ət ilk növbədə, amin turşuları, B qrup vitaminləri mənbəyidir.
B12 və B9 ürəkdən tutmuş beyin və sinirlərə kimi vacibdir.
Əti toyuq və balıqla əvəz etmək səhvdir, onlar əti tam əvəz etmir.
Bu ət növlərində dəmir və B 12 demək olar yoxdur.
Ət hər gün yeyilməli qida deyil, həftədə 2-3 dəfə hər dəfə 100-150 qram yetərlidir.
Gündəlik zülal tələbatını digər heyvani və bitki qidalarından almaq lazımdır.
Sağlam ət yağsız mal ətinin qaynadılıb yeyilməsidir. Ət və sümük bulyonları ilə ehtiyatlı olmaq lazımdır.
Onlar podaqra və böyrək daşını artıra bilir”.
Aygün