Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Toyuq şorbası içməyiniz üçün önəmli səbəb - Bu xəstəliklərin dərmanıdır

  • 2019.11.07 14:56
  • 19327 Baxış
Toyuq şorbası içməyiniz üçün önəmli səbəb -  Bu xəstəliklərin dərmanıdır

Mütəxəssislər,
toyuq şorbasının insan bədənindəki hüceyrələrin böyüməsi və bərpası üçün zəruri
amin turşularının çox zəngin bir qaynaq olduğunu söyləyib. Həmçinin bu qida bədəni xəstəliklərdən qoruyur.

Medicina.azxəbər verir ki, qədim dövrlərdən bəri faydaları ilə tanınan toyuq bulyonu
şorbası, Misirdə ümumi soyuqluq üçün istifadə edilib. Hətta məşhur alim İbn
Sinanın müalicə üsullarında bu qidanın adı keçir.

Toyuq şorbasının faydaları nələrdir? Soyuq
hava insanın maddələr mübadiləsində bəzi dəyişikliklərə səbəb olduğu üçün bədənin
müdafiə mexanizmini xəstəliklərə qarşı zəifləyir. Məsələn, yorğunluq, əzələ,
çiyin, bel və boyun ağrıları və zehni problemlər kimi bir çox xəstəliklərə yol
açır.Nəticədə soyuqdəymə və qripə tutulma riskini artırır.

Bunların
qarşısını almaqda toyuq bulyonu əvəzedilməz vasitədir. Bulyon aşağıdakı narahatlıqlara
kömək edir:

Oynaq ağrıları

Qış
aylarında oynaq xəstəliyinin qarşısını almaq üçün sağlam və güclü bəslənmənin əhəmiyyətini
vurğulayan mütəxəssislər, toyuq bulyonu şorbasında çox zəngin olan
mineralların, oynaq ağrıların qarşısını aldığını bildirib.

Ağ qan
hüceyrələrini qidalandırmaq

Toyuq
bulyonundakı maddələrin xəstəliklə mübarizə aparan ağ qan hüceyrələrinin
istehsalına töhfə verdiyini deyən mütəxəssislər, onun bədəni soyuqdəymədən və
digər xəstəliklərdən də qoruduğunu söyləyirlər.

Amin
turşusu mənbəyidir

Əsrlər
boyu şəfa mənbəyi kimi tanınan toyuq bulyonu, bədəndəki hüceyrələrin böyüməsi və
bərpası üçün zəruri olan amin turşuları ilə çox zəngin bir qidadır.

Sinusitləri
təmizləyir

Qış
aylarında həm içimizi isidən, həm də minerallarla zəngin toyuq bulyonu tənəffüs
yollarımızın açılmasına güclü təsir edir. Həmçinin sinusiti açaraq ağrılardan
azad olmamıza kömək edir.