Alıcıların ən çox aldığı file – toyuğun döş əti insan qidalanmasında zülal mənbəyi kimi ən vacib qidalardan biridir.
İstehsalçılar da toyuğun digər hissələrinə nisbətən filenin daha çox alındığını bilərək ətin daha çox çəkili olması üçün əllərindən gələni edir.
Normalda file ucuz qiymətə olmamalıdır.
Medicina.az mağazalarda ucuz qiymətə və bol satılan filenin istehsalı barədə kiçik araşdırmanı təqdim edir.
Quşçuluq fabriklərində toyuğun orta ğmür tsikli 6-7 həftədir. Bu müddətdən sonra kəsilməsə öləcək.
5-7 həftəyə toyuğun file əti lazımi ölçüyə çatdırılmalıdır.
İstehsalçı qısa müddətdə fileni şişirtmək və qiymətini ucuz etmək üçün ən ucuz yem və aqrresiv preparatlardan, sintetik hormonlardan istifadə edir.
Toyuq ətinə kimyəvi müdaxilə hələ inkubasion dövrdə başlayır. Yumurtaları xüsusi defizinfektantlarla işləyirlər.
Cücələri isə vaksin və antibiotiklərlə yetişdirirlər.
Vaksinasiya cücələri xəstəliklərdən qorumaq üçündür. Bu metod kütləvi aparılır. Sexdə aerozolla səpilir və ya suya dərman qatılır.
Əslində bütün vaksinlər insan və heyvanlar üçün təhlükəsizdir və sertifikatı olmalıdır.
Lakin təhlükə ondadır ki, vaksin üçün keyfiyyətsiz, ucuz preparatlar seçilir, toyuqlar immunizasiyaya hazırlanmır.
Artıq düzgün olmayan vaksinasiyadan keçmiş toyuğun əti keyfiyyətsizdir.
Antibiotiklər isə toyuqları sağ-salamat yetişdirmək üçün lazımdır. Ona görə toyuqlara kurs şəklində antibiotiklər verilir.
Antibiotikli ətin isə insan orqanizminə fəsadları çoxdur:
-İnsanın qaraciyər, böyrək, həzm orqanlarını zədələyir, işini pozur
-Allergik insanlarda kəskin reaksiyalar verir
-Amma ən pisi hər dəfə toyuq əti yedikcə insan müəyyən miqdar antibiotik dozası alır. Bu da insanda antibiotiklərə qarşı davamlılıq yaradır. Yəni birdən insan bronxit və ya pnevmoniya olsa, ona toyuqlara verilən antibiotik növlərində dərmanlar təsir etməyəcək.
-Toyuqların yemi: burda zəhərli pestisidlərdən tutmuş qadın hormonu estrogenlərə kimi hər şey qatılır. Bunlar hamısı toyuğun sürətlə çəki yığması üçündür.
-Toyuq filesi çox yeyən qadınlarda bu səbəbdən hormonal disbalans, menstruasiya pozğunluğu, sonsuzluq yarana bilər.
-Hormonal qatqılar immuniteti çökdürür, dəridə səpkilər yaradır, uşaqlarda isə cinsi yetişlənlik inkişafdan qalır.
Satışa verilən hər partiya diqqətlə yoxlanılmır. Yoxlama olan vaxt ola bilər ki, ətdə dərman, antibiotik, hormon göstəricisi normada olsun. Sonradan istehsalçı eyni templə davam edir.
Ona görə toyuq filesinin seçilməsində yenə də əsas yük alıcının üzərinə düşür. Brendin reputasiyası, yoxlama göstəriciləri, istehsalı barədə məlumatınız varsa, o istehsalçının toyuq ətini alın. Çalışın həddən artıq çox şişmiş toyuq və file almayasız
Amma ən yaxşısı budur ki, kənddə yetişmiş və uzun ömür sürən toyuqlara üstünlük verəsiz.