Hazırda insanların ən çox tükətdiyi ət məhsulu toyuq əti, filesidir. Təbii ki, marketlərdən broyler məhsulu olan toyuq əti daha çox alınır.
Bir çoxunuz ətin üzərində belə piyli ağ arakəsmə kimi qat və ya xəttə rast gəlmisiz və önəm verməmisiz.
Xüsusən filedə çox görünən bu ağ hissə bir çox fərqlərdən xəbər verir.
Medicina.az belə xətti olan və olmayan toyuq filesinin fərqini izah edəcək.
1. Belə piy lifi kimi xətti olan toyuq daha şişkin və yağlı olur. Amma bunun zülalla zəngin olmasına dəlalət etmir. Xətsiz olan toyuqda daha çox zülal və lipidlər var.
2. Xətti olmayan toyuq həm də doymuş yağ və vacib turşulardan boldur.
3. Əgər toyuqda belə ağ arakəsmə xətt varsa, orda sağlamlıq üçün faydalı Omeqa 3-6 turşusu da azdır.
4. Ağ xətti olan toyuq ətini kabab etmək çətindir.
Mütəxəssislər bildirir ki, ağ xəttin olması sağlamlıq üçün zərərli deyil. Amma istər-istəməz xətli toyuq xətsiz toyuqdan bir neçə pillə aşağldadır. Ona görə alarkən ağ yağabənzər xətti olmayan file götürməyiniz və yeməyiniz daha məsləhətdir.