Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dönərlik toyuq ətini xlorla yuyurlar - DƏHŞƏT

  • 2020.01.22 17:33
  • 9655 Baxış
Dönərlik toyuq ətini xlorla yuyurlar -   DƏHŞƏT
Ən çox yeyilən qidalardan biri olan dönərin hazırlanmasında daha bir təhlükəli hal olduğu iddia edilir.

Medicina.az xəbər verir ki, dönər üçün ayrılmış toyuqların vaxtı keçdiyi üçün,xlorla yuyulub istifadə olunduğu bildirilib. . Bu haqda Beynəlxalq Dönər Federasiyasının sədri Mehmet Mercan məlumat verib:

"Təəssüf ki, bu dediklərim bir həqiqətdir. Toyuq əti çox lazımı və keyfiyyətli ət olmasına baxmayaraq, dönər işi ilə məşğul olan işbazlar toyuğu tamamilə yararsız hala gətirir. Toyuq əti çox sürətlə bakterialandığı üçün +15 dərəcənin üzərində bir temperaturda saxlanıla bilməz.Lakin padvallarda, müxtəlif ustalar tərəfindən şərtlərə əməl edilmədən hazırlanan dönər ciddi həyati risklər daşıyır. BU ətlər tez xarab olduğu üçün, onu xlorla yuyub bakterialarını təmizləyir və istifadə eddirlər. Heyvanın insan orqanizmi üçün ziyan olanyağları var. Hansı ki, böyrək və daxili yağlar bu qrupa aiddir. Bunlar əvvəllər sabun sənayesində istifadə olunurdu".


Onun sözlərinə görə, dönərxanalarda hər altı saatdan bir ət dəyişdirilməlidir. Bundan daha uzun müddət odda bişən ət bakteria mənbəyidir.