Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Toyundan sonra ürəyi infeksiyalaşan gənc ölümdən xilas edildi

  • 2023.01.07 18:30
  • 4047 Baxış
Toyundan sonra ürəyi infeksiyalaşan gənc ölümdən  xilas edildi
Toyundan 2 ay sonra qısa müddət ərzində ürəyi ilə bağlı ciddi problem yaşayan 29 yaşlı Sərxan artıq ölümlə üz-üzə idi. Sərxanın həyat yoldaşı və anasından başqa heç kim vəziyyətin düzələcəyinə inanmırdı.

Xəstəlik başqa bir xəstəxanada iki ay sürən müalicəyə heç bir cavab verməmişdi. Vəziyyət daha da pisləşirdi. Çünki, söhbət sadəcə ürəyin infeksiyalaşmasından (QapaqEndokarditi) getmirdi.

"Medicina" xəbər verir ki, kardiocərrah Rəşad Mahmudov böyük əziyyətlə həyatı xilas olunan xəstə barədə məlumat verib.


" Diaqnoz; heç bir müalicəyə cavab verməyən Endokardit (ürək infeksiyası) + Sepsis +Romatoid Artrit (bir ildir immunsupresif istifadə edib) + Aorta Anevrizması + bilateral periferik ArterEmboliyası.

Ən əsası isə altda yatan, 15İl əvvəl diaqnozu qoyulmuş və əməliyyat məsləhət gördüyüm Anadanqəlmə Ürək Qüsurunun (SubaortikDiskretMembran) olması idi.

Ürəyindən əməliyyat olması labüd olan, amma vaxtında əməliyyat olunmayan gənc ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalına qəbul edilir.

Riskli qərarla ürəyindən və ayaqlarından əməliyyatı icra etdik. Allahın izni və sizlərin duası ilə Sərxan tam sağaldı. Dünən 30 yaşını ailəsi və sevənləri ilə evində qeyd etdi.

Bu sevincin yaşanmasına səbəb olan, ailəyə maddi və mənəvi dəstək olan hər bir kəsə və Mərkəzi Gömrük Hospitalının tibb heyyətinə dərin təşəkkür edirəm".