Türkiyənin Kayseri şəhərində yeni qərar qəbul edilib.
Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərara əsasən, koronavirusla mübarizə tədbiri çərçivəsində toy, mövlud, nişan, gəlinalma, xına gecəsi, sünnət toyu kimi tədbirlər 2 saatla məhdudlaşdırılıb. Qeyd edilir ki, bu kimi tədbirlər 2 saatı keçməmək şərti ilə, ən geci saat 22:00-dək keçirilməsinə icazə verilir.
Həmçinin, toy karvanı da qadağan edilir. Qaydalara riayət etməyənlər isə cərimələnəcək.