Sabahdan Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Medicina.az xəbər verir ki, qərara əsasən, 2022-ci il 6 mart tarixindən etibarəm
- şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti;
- ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyətləri aradan qaldırılır.