"Toydan öncə olan prosedurları dəyişməliyik. Ailədə ortaq mülkiyyət anlayışı formalaşmalıdır".
"Medicina" xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycan Din Xadimlərinin Forumunda "Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu" mövzusunda panel müzakirəsində deyib.
"Buna görə də ailədə ortaq mülkiyyət anlayışı formalaşmalıdır. Nikah müqavilələrinin məcburi qaydada bağlanılmasının tərəfdarıyıq. Adətlərimizdə olan boşluqları maarifləndirmə yolu ilə aradan qaldırmalıyıq".
Medicina.az