Türkiyədə toyda halay çəkən şəxs infarkt keçirərək ölüb.
Medicina.az xəbər verir ki, Mardinin Kızıltəpə rayonunda şadlıq sarayında qonaq olan 5 uşaq atası Bəkir Elçi halay rəqsi edərkən yıxılıb.
Zaldakıların tez müdaxilə etdiyi Elçi özəl xəstəxanaya aparılsa da, bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Həkimlər Elçinin infarktdan öldüyünü bildiriblər.
Aygün
Medicina.az