Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Toyda kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanalıq oldu

  • 2019.10.03 11:22
  • 4066 Baxış
Toyda kütləvi zəhərlənmə -  31 nəfər xəstəxanalıq oldu

 Ukraynada kütləvi zəhərlənmə baş verib.


Medicina.az xarici mediaya  istinadən xəbər verir ki, zəhərlənmə Çernovitski rayonunda "Oskar" restoranında keçirilən toy mərasimi zamanı olub. Faktı Ukrayna Fövqəladə Hallar Xidməti təsdiqləyib.


Məlumata görə, toyda iştirak edən 31 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Hazırda onların xəstəxana şəraitində müalicəsi davam edir. Zəhərlənənlərdən 9-nun azyaşlı olduğu qeyd edilir.


 

Hadisə ilə bağlı araşdırma başlanılıb, restorandan laborator təhlillər üçün qida nümunələri götürülüb.