Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Toyda 156 nəfər zəhərləndi

  • 2019.07.15 09:29
  • 8538 Baxış
Toyda 156 nəfər zəhərləndi
 Türkiyədə toy mərasimində 156 nəfər qidadan zəhərlənib Bu barədə medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə Rizə vilayətinin Ardeşen rayonunda, Armağan kəndində keçirilən toy mərasimində qeydə alınıb. Baş gicəllənməsindən və qarın ağrısından şikayətlənən 156 nəfər Kaçkar Dövlət Xəstəxanasına aparılıblar. Lakin xəstəxana bu qədər sayda xəstəni qəbul edə bilmədiyindən onların bir qismi Çayeli, Fındıqlı və Rizə dövlət xəstəxanalarına çatdırılıblar. Mərasim iştirakçılarının toyuq plovundan zəhərləndikləri ehtimal edilir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Toyda 156 nəfər zəhərləndi
Toyda 156 nəfər zəhərləndi