Azərbaycan ərazisində pandemiya dövründə toy və yaslarla bağlı qərar verildi.
Operativ Qərargahdan verilən məlumata görə, 31 avqust tarixinədək Azərbaycanda toy məclislərinin təşkilinə qoyulan qadağa davam edəcək.
Eyni zamanda tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması qüvvədə qalıb.
31 avqust tarixinədək dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı qadağa davam edəcək.