Bakıda toy gecəsi qanama olmadığı üçün gəlin həkimə gəlib.
Yeni ailə quran cütlüklərdə toy gecəsi ilk cinsi əlaqə zamanı yaranan mübahisəli məsələlərdən biri də bakirə xanımda vaginal qanamanın görülməməsidir.
“Medicina” xəbər verir ki, qədim zamanlardan bəzi hallarda görülən bu tibbi anomaliya bir çox qızların həyatının məhv olmasına belə səbəb olub. Gəlin nə qədər izah etsə də, heç kimlə əlaqədə olmadığı desə də, tibbi müayinələr olmayan dövrdə gəlini “qız çıxmadı” adı ilə qovur, el içində biabır edir, hətta öldürürdülər.
Ginekoloq Aytən Nəcəfəli növbəti belə bir pasiyenti müayinə edərkən “toy gecəsi” sindromu barədə məlumat verib.
“Gənc xanım pasiyentim özünə əmindir, lakin narahat olduğu və səbəbi bilmək üçün müayinəyə gəlib.
Qızlıq pərdəsi epitel toxumasıdır, hər qadında müxtəlif qalınlıqda olur. Bəzilərində çox əsnək olur. O pərdənin üzərində çoxlu incə kapilyar damarlar olur. Zərbə nəticəsində kapilyarlar partladığından qanama baş verə bilər. Amma qızlıq pərdəsi elastik olarsa, vagina geniş olarsa, cinsi əlaqə zamanı qanamaya bilər. Xanımda müayinə zamanı qızlıq zərinin tam olduğunu da gördük, toy gecəsinə qədər bakirə idi”.
Ətraflı videoda:
Aygün M
Medicina.az
Cinsiyyəti naməlumun yazısından qənaətə gəlinir ki, bu canlı bakiarəliyk sözünün mənasını və mahiyyətini, bakirəliyin fizioloji və mənəvi dəyərini, anlamaq qabiliyyəti bakirədir. İstisna deyil ki, hansısa daldan-dala qalmış, dalını-qabağını yarpaqla örtən gicpərəst və öz düşüncə tərzinə uyğun axmaq ölkədə yaşayır.
Bakirəlik yüksək əxlaqi dəyərin və mənəvi təmizlik təcəssümüdür. Bunu hər bir kəs anlaya bilməz.
Bakirəlik söhbəti ancaq dalda qalmış gic müsəlman ölkəsi olan Azərbaycanda var ancaq heç Türkiyədə artıq bakirəliyi önəm vermirlər eləcə də. Bir çox Avropa ölkələrində olduğu kimi. 22 esir gələcək qarşıdan helede bakirəlik söhbəti gedir 21 əsirdi müasir zamanede nə bakirəlik anlamıram vallah yaxşıki xacparetsem axmaq dalda qalmış müsəlman deyiləm.
Bakirəlik söhbəti yiqisdirilsa ela olar