Dünən Tovuzda daha bir uşaq qızılcanın qurbanı olub.
“Medicina” əldə etdiyi məlumata görə, 10 yaşlı Yusif İsmayılov anadangəlmə serebral iflic xəstəsi və əlil idi. Valideynləri illərlə onu müalicələrlə yaşadırdı.
Ailənin yaxınları bildirib ki, uşaq Tovuz rayon xəstəxanasına yerləşdirilib, amma həkimlər uşağın ağır olduğunu görərək Bakıya təxliyə məqsədilə 113-ə çağırış edibər.
113 isə saturasiyanın aşağı olduğunu əsas gətirərək, bu vəziyyətdə maşını sürə bilməyəcəyini deyib.
Təxliyə üçün saturasiya azı 95 olmalıdır, bu isə kifayət qədər yaxşı saturasiyadır. Həkimlərin və Tovuz rayon xəstəxanasının Acil şöbəsinin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Həkimlərin bildirdiyinə görə, uşaqda immun çatışmazlığı olduğu üçün bədəni səpkiləri üzə çıxara bilməyib və el arasında deyildiyi bir hal – qızılcanın daxilə keçməsi baş verib.
Yusifin bacısı da qızılca idi və ev şəraitində normal şəkildə keçirib.
Qeyd edək ki, oğlunun dəfn mərasimindən sonra atası öz vəsaitinə kənd qəbristanlıq yolunu təmir edəcəyini bildirib.
Aygün Musayeva