Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tovuzda günlərlə ac qalan, Bakıya gətirilən körpənin vəziyyəti ağırdır

  • 2025.03.27 16:02
  • 430 Baxış
Tovuzda günlərlə ac qalan,  Bakıya gətirilən körpənin vəziyyəti ağırdır

"Hazırda körpə xəstəxanadadır, vəziyyəti ağırdır, müalicə olunur".

Medicina.az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, uşağın ümumi vəziyyəti ağırdır: "Respublika Pediatriya Mərkəzində müalicəsi davam etdirilir. Uşağın hazırkı vəziyyətinə görə ona inkişaf etaplarının ləngiməsi diaqnozu qoyulub".
Xatırladaq ki, Tovuz Rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Uşaq polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyati təhlükə olmadığı bildirilib. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, uşağın anası Aygün Qədimova nikahdankənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.