Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tovuzda doğuşda körpə öldü

  • 2025.03.06 18:30
  • 104 Baxış
Tovuzda doğuşda körpə öldü

Tovuzda doğuşda körpə ölümü baş verib.

Medicina.az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.

Rayonun Yanıqlı kəndində yaşayan 23 yaşlı Səmayə Abbasova 41-42 həftəlik hamiləliklə doğum şöbəsinə yerləşdirilib. Körpə doğuşda ölüb.

Körpənin doğuş zamanı boğulmadan öldüyü bildirilir.

Məsələ ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, martın 4-ü saat 17:30 radələrində Gədəbəy rayon sakini 23 yaşlı hamilə qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub:

“Qeysəriyyə üsulu ilə cinsi kişi, çəkisi 3500 qram, boyu 50 sm olan körpə doğulub. Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib.

Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 05.03.2025-ci il saat 13:30 radələrində körpənin ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır”.