Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tovuzda ana doğuşdan sonra öldü

  • 2023.06.16 13:35
  • 1587 Baxış
Tovuzda ana  doğuşdan sonra öldü

Tovuz rayonunda gənc qadın doğuşdan sonra xəstəxanada ölüb.

"Report"un məlumatına görə, iyunun 14-də rayon sakini, 2002-ci il təvəllüdlü Aygün Nəcəfova doğuş üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Qadın oğlan uşağı dünyaya gətirib. Doğuşdan 1 gün sonra isə A.Nəcəfova xəstəxanada vəfat edib.

Onun dünyaya gətirdiyi uşağın sağlıq durumu normaldır.

Hazırda qadının ölüm səbəbi isə araşdırılır.