Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tovuzda 18 yaşlı ana doğuşdan sonra öldü

  • 2022.10.18 14:37
  • 1381 Baxış
Tovuzda 18 yaşlı ana  doğuşdan sonra öldü

Tovuzda doğuşdan 19 gün sonra ana ölümü baş verib.

APA-nın məlumatına görə, sentyabrın 28-də rayonun Alakol kənd sakini, 2004-cü il təvəllüdlü Z.Əliyeva rayon Mərkəzi xəstəxanasına doğuş üçün gətirilib.


Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib. Xəstəxanadan APA-ya bildirilib ki, doğuşdan sonra ananın vəziyyəti ağırlaşdığına görə, müalicə üçün Bakıya aparılıb. Bir neçə gün sonra vəziyyəti yaxşılaşan qadın yaşadığı evə gətirilib. Lakin ötən gün yenidən halı pisləşən 18 yaşlı ana ağır vəziyyətdə Tovuz Mərkəzi xəstəxanasına çatdırılıb və orada keçinib.


Hazırda faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.