Tovuzda 54 yaşlı kişi qidadan zəhərlənərək ölüb.
Medicina.az "Report"un Qərb Mərkəzinin məlumatına istinadən görə, hadisə rayonun Əlimərdanlı kəndindəki fermalardan birində qeydə alınıb.
Belə ki, rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Yüsif Hüseynov çoban çalışdığı fermada qidadan zəhərlənərək ölüb.
Onun göbələkdən zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.