Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Total süni ürək köçürülmüş xəstə 100 gün yaşadı

  • 2025.03.12 16:16
  • 220 Baxış
Total süni ürək köçürülmüş xəstə    100 gün yaşadı


Avstraliyada süni ürəklə 100 gün sağ qalan xəstə tibdə rekorda imza atdı.


“Medicina” xəbər verir ki, 40 yaşlı kişi Avstraliyada BiVACOR total süni ürəyin ilk köçürüldüyü xəstə olub.



Eksperimental implantla donor ürəyi alana qədər 100 gündən çox yaşadı. Məlumdur ki, əvvəllər implantla transplantasiya arasında ən uzun interval 27 gün olub.

Bu cihaz titandan hazırlanmış biventrikulyar fırlanan nasosdur və yalnız bir hərəkət edən hissəyə malikdir. Mexanik ürək dəqiqədə 12 litr sürətlə qanı öz içinə vura bilir.

Aygün Musayeva