Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

““Topuş bacı” niyə özünü xərçənglə reklam edir?” - Baş onkoloq

  • 2018.09.26 14:45
  • 19843 Baxış
““Topuş bacı” niyə özünü xərçənglə reklam edir?” -  Baş onkoloq
"Hamımızın "Toppuş bacı” kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır?".


BakuPost xəbər verir ki, bu sözləri Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli Modern.az-a  müsahibəsində deyib. 


Baş onkoloq Tünzalə Əliyevanın artıq sağaldığını, əməliyyat edildiyini, sadəcə müalicəsini davam etdirdiyini deyib:


"Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. "Topuş bacı” nəyə görə, xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxur. Bir neçə il əvvəl aktrisa Kübra Əliyeva da xərçəng xəstəliyindən əziyyət çəkirdi. Müalicə götürdü, saçına qədər tökülürdü. İndi isə vəziyyəti yaxşıdır, sağalıb və müayinələrini davam etdirir. Tək adını çəkdiyim məşhurlar deyil, efir insanlarının çoxu bu durumdadır. Kübra Əliyeva səhhətinə laqeyd yanaşmır, həkim nə zaman dedisə, o zaman da qəbula gəlir, müalicə götürür, özünü reklam etmir".