Topuq ağrısının səbəblərindən biri plantar fastitdir.
Plantar fastit ayaq əzələlərini əhatə edən birləşdirici toxuma quruluşudur.
“Medicina” xəbər verir ki, plantar fascia, öndən arxa tərəfə doğru hərəkət edərkən bükülür. Ayaq kəmərini dəstəkləyib, eyni zamanda gəzməyə kömək edir.
Plantar fastiti daha cox hərbçi və idmançılarda rast gəlinir. Orta yaş qrupunda çox görülən plantar fastit idmançılarda və hərbiçilərdə uzun müddət ayaq üstə qalma səbəbindən baş verir.
Plantar fastiti bir çox səbəblərdən meydana gələ bilər.
-Artıq çəki, piylənmə bir çox faktordan asılı olaraq, plantar fasiitə və yanlış ayaqqabıların istifadəsinə gətirib çıxara bilər. Həddindən artıq çəki səbəbiylə təzyiq plantar fastit bağlarında (ligaments) düşür.
- Plantar fastitə hamiləliyin son aylarında tez-tez rast gəlinir.
Buna görə plantar fastit riski olan insanlar yumşaq ayaqqabılar və ortopedik ayaqqabılar istifadə etməlidir.
- Uzun müddət yol getmək, uzun məsafə qaçmaq, uzun müddət ayaq üstdə dayanmaq, yalın ayaqla gəzmək plantar fassiti tezləşdirir.
Səhərlər yataqdan qalxarkən və ya oturduqları yerdən qalxarkən ağrı yaranır, getməyə başladıqdan sonra yavaş-yavaş ağrıda azalma olur. Xüsusilə pilləkənlə qalxarkən və ya uzun müddət dayandqda ağrı daha da siddətlənir.
Plantar fastitin müalicəsində konservativ müalicə üsulları üstünlük təşkil edir. Evdə edilə bilən məşqlər, əsasən də profilaktik müalicə kmi uzanmaq tövsiyə edilir. Profilaktik müalicə zamanı xəstənin pəncə üzərində yürüməsi və uzun müddət ayaq üstdə fəaliyyət göstərməməsi məsləhət görülür.
Dərman müalicəsi ilə birgə ESWT (Extracorporeal Wave Therapy) və bədən xaricinə tətbiq olunan şok dalğa müalicəsi tətbiq edilir. Bütün proseduralara baxmayaraq, müsbət nəticə əldə edə bilməyən xəstələrdə cərrahi müdaxilə tələb oluna bilər.
Aynurə Məmmədova