Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək. İndi kimlərsə fikir bildirə bilər ki" mən yarımcan filan deyiləm, əlləri qızı doktorum məni fit qız eləyib". Elə deyil. Bu cahillikdən başqa şey deyil. Elə intihar kimi bir şeydir, öz kefimizdən sağlamlığa cavabdeh olan bir yerimizi kəsdirib tullamaq.. Siz elə başa düşürsüz ki, problem mədənin böyük olmasındadır ki, bədən kökəlib? Xeyr. Problem bizim zehnimizdədir.
"Medicina" xəbər verir ki, tanınmış pediatr Aytən İsmayılzadə arıqlamaq üçün mədə kiçiltmə əməliyyatını tənqid edi\b və bundan çəkinməyə çağırıb.
"Mədə bir orqan olaraq sadəcə yemək kisəsi deyil ki, dibi kəsilib tikilsin. Mədənin hissələri bir-birini təkrar etmir və hər tərəfi müəyyən hormon maddələr buraxır. Mədənin cismi, dibi, girişi, çıxışı, əyrilikləri fərqlidir. Bağırsaq təkrarlana bilir, onun kəsiıib tikilməsi ilə mədə bir deyil. Əməliyyatın adı isə mədəkiçiltmə yox, Mədə kəsilmə olmalıdır. Və bu dəyişən orqan artıq mədə olmur.
Deyək ki, bəzi insanları başa düşdük, xanımdır, başa düşmür bu hissəsini, ancaq görüntü axtarır. Bəs öz xalqıma xas toppuş qızların da mədəsini kəsməyə əlini bulaşdıran həkimlərə nə deməli?
Buna aid instaqramda çoxsayda reklam şəkilləri var. Öncə və sonrası çox da fərqlənməyən şəkillər. Sadəcə dəhşətdir.
Belə işlərə görə o cür həkimlərə ümümiyyətlə, əməliyyat etməyi qadağan etməlidirlər.
Bu əməliyyatı icra edənlər deyə bilər ki, ay artıq çəki, dizlər, ürək, təzyiq, şəkər və s. Yəni bu problemlərə gətirir. Tamam. Artıq çəki özü bir problemdir. Ancaq pozulmuş sistemin nəticəsi olaraq bir problemdir. Məgər mədə kəsiləndə pozulmuş sistem qaydaya düşür? Lap da pisləşmirmi? Mədə kəsilibsə, bir çox minerallar sovrula bilmir, zulal yaxşı həzm olmur, kimdəsə öyümə qusma olur, insan normal həcmdə qidalana bilmir. Bu günə qədər olan orqanizm isə əvvəlki kimi tələb edir. Balans pozulması dərinləşir. Ruhun qocalması sürətlənir. Bu gedişlə hər cür xəstəliyin sürətlənməsi gözlənilir. Bədən iflas edir...
Hər kəsin ki, vicdanı varsa toppuş xanımları şikəst etməsin. Hər kəs ki, bu işdə peşman olubsa ətrafına bunu bildirsin. Video çəkib paylaşsın. Heç kim heç kimin kopyası olmalı deyil.
Və peşman olan xanımlar bunu bir xəstəlik üçün etdiyinə özünü inandırsın. Özümüzü buna inandıraq ki, ruhumuz bizdən əvəz çıxmasın".