Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Toppuş bacı"ya bu vaksin vurulsaydı, heç vaxt xərçəng olmazdı - Xəstəlikdən xilas yolu var

  • 2023.01.23 15:38
  • 68669 Baxış
"Toppuş bacı"ya bu vaksin vurulsaydı, heç vaxt xərçəng olmazdı  - Xəstəlikdən xilas yolu var


Daha bir məşhur simamızı amansız xərçəngdən erkən itirdik.

Bir çoxları elə düşünür ki, Tünzalə Əliyeva çox əməliyyat etdirdiyi üçün və xüsusən mədəkiçiltmə əməliyyatından sonra xərçəng olub. Amma aktrisada xərçəng mədədə, həzm orqanında yox, tamam başqa bir nahiyədə başlamışdı. Hər şey illər öncə ginekoloji müayinədən başlayıb.

Bakupost.az dünyada, xüsusən qızları uşaqlıqdan peyvənd olunmayan ölkələrdə qadınlar arasında çox rast gəlinən uşaqlıq boynu xərçəngi barədə məlumatı təqdim edir.

Dünyada hər il yüz minlərlə qadını 45-60 yaş arası öldürən uşaqlıq boynu xərçəngi cinsi münasibətdə olan, doğum etmiş hər bir qadında ola bilər.

Bu xərçəng növünü yaradan virusdur: 90% insanda olan, qadına xüsusən kişilərdən keçən İnsan papilloma virusunun 16-17-ci tipi.

Cinsi yolla ötürülən infeksiyalar bu riski daha da artırır.

Maraqlıdır ki, kişilərdə bu virus prostat xərçənginə səbəb olmur. Amma alimlərin bildirdiyinə görə, papilloma virusu daxildə bir çox digər xərçəng növlərinin səbəbi ola bilər.

Qadınlarda eroziya, selikli qişanın abort və s. səbəblərdən tamlığının pozulması nəticəsində virus zərrəcikləri orda iltihabi proses, sağalmayan yara əmələ gətirir, getdikcə bu dərinləşir və hüceyrə səviyyəsində mutasiya yaradır.

İnsan papilloma virusunun orqanizmdə ciddi zəiflik, məsələn, bədəndə papilomalar, səpkilər, ziyillər yaratdığı məlumdur.
Virus orqanizmdə immunitet kəskin düşdükdə daha da aktivləşir.

Xəstəlik ilk başda gizli gedir, qadınlar normal güzgülü müayinədən keçmir, eroziyalar başına buraxılır, infeksiyalar yoxlanmır, nəticədə xəstəlik ətraf selikli qişa, limfa, uşaqlıq və yumurtalıqlara yayılır.


Uşaqlıq boynu xərçənginin simptomları:


- Menstrual tsiklə bənzər qanlı axıntı
- Səbəbsiz qanamalar
- Qasıqda, çanaqda ağrı
- Cinsi əlaqə zamanı ağrı, yanma hissi
- Qəbizlik

- Səbəbsiz hərarət, arıqlama, zəiflik, tez-tez xəstələnmə
- Sidik kisəsində şişkinlik
- Xarici cinsiyyət üzvlərində dəyişiklik


Bu xəstəlikdən yeganə qorunma yolu xüsusi papilloma virusu əleyhinə vaksinin vurulmasıdır.

Avropa, Amerika, artıq Türkiyədə qadınlar 30 yaşdan sonra ildə 1 dəfə məcburi PAP testdən keçirilir, ginekoloji dəqiq müayinə və testlər aparılır.

Qan analizində bu virusun 16-18-ci növü çıxan qadın xüsusi qeydiyyata alınır.
Artıq Türkiyədə səhiyyə proqramına ucqar bölgələrdə belə qızlara, hələ ailə qurmamış vaksin vurulması dövlət proqramına daxil edilib.

Bu vaksin 12-13 yaşından sonra qız uşaqları ilk cinsi əlavə təcrübəsinə qədər vurulmalıdır.
Eləcə də gənc qadınlar yoxlanılır, hələ orqanizmdə virus yoxdursa, onlara da vurula bilər.

Təcrübədə artıq uşaqlıq boynu xərçənginə yoluxub, 1-ci mərhələdə olan xəstələrin də bu vaksinlə xəstəliyə güc gəlməsi barədə, remissiya alması barədə faktlar var.

Çox güman ki, Tünzalə Əliyevada xəstəlik artıq 3-cü mərhələdə olduqda aşkarlanıb.

Əməliyyatlar onun immunitetini kəskin saldığından orqanizmin daxili resursu mübarizə aparmağa yetməyib.
Xəstəlik 1-2 mərhələdə aşkar olunduqda, sağalma şansı 80%-bir. Bir şərtlə ki, təmiz, dəqiq əməliyyat olunub, uşaqlıq orqanları çıxarılsın.

Eləcə də müasir dərman və kimyaterapiya alınsın.

Ona görə də gənc qadınlar özləri, eləcə də analar qızlarının sağlamlığı və xilası naminə indidən papilloma virusuna qarşı peyvəndlərlə maraqlanıb, ginekoloji məsləhət alıb, vaksini vurdursunlar.

Artıq ailə həyatı qurmuş hər bir qadın həm əri, həm özü yaxma analizi, papilloma analizi versin, ildə 1 dəfə PAP yaxma verilsin.

Aygün Musayeva