Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Toppuş bacı” yenidən kimyaterapiyaya başladı

  • 2021.12.17 14:17
  • 2462 Baxış
“Toppuş bacı” yenidən kimyaterapiyaya başladı
Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə Əməkdar artist “Instagram”da paylaşım edib.

Saçlarını yenidən qırxdıran T.Əliyeva paylaşdığı şəkilə şərh əlavə edib:

“Bu da 34-cü kimyəvi terapiyam. İnşallah, hər şey yaxşı olacaq. Dualarınızı əskik etməyin. Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevə və onun bütün tibb personalına təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir.