Əməkdar artist Tünzalə Əliyevanın beynində şiş aşkarlanıb.
"Medicina" xəbər verir ki, axşam.az-a açıqlama verən aktrisa tezliklə müalicəyə başlayacağını deyib. "Toppuş bacı" bildirib ki, evini satışa qoyub:
"Bu dəfə kəllə beyin xərçəngi aşkarlandı. Noyabrın 15-dən şüaterapiyaya başlayacağıq. Ondan sonra müayinə olunacağam və əməliyyat lazım gəlib-gəlmədiyi bilinəcək. 5 ildir Milli Onkologiya Mərkəzində müalicə olunuram, heç vaxt ödəniş etməmişəm.
Amma mənə Türkiyədən, Almaniyadan yazırlar. Ağıllı dərmanlar olduğu deyilir. Mən də maraqlandım, qiyməti çox bahadır. Ona görə də evimi satışa çıxartmışam. Lazım gəlsə, satıb, dərmanlardan alacağam. Heç kimdən yardım istəmirəm. Bir vaxt yardım aldım, Zaur Baxşəliyevin sayəsində yaşadığım evin pulu ödənildi. Artıq istəmirəm yardım".
Qeyd edək ki, aktrisa beş ildir xərçəngdən müalicə alır.