Professor İlham Kazımov Səhiyyə Nazirliyinin Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat alıb.
"Medicina" xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Kazımov ixtisasca ümumi cərrahdır. O, bundan əvvəl həmin tibb müəssisəsinin elmi katibi vəzifəsində çalışırdı.