Hamiləliyin ilk 2 trimestirində ağır toksikoz keçirən qadınlar daha ağıllı və sağlam uşaq dünyaya gətirirlər.
“Medicina” xəbər verir ki, kanadalı tədqiqatçılar, hamiləlik zamanı səhər bulantıları çox yaşayan gələcək anaların az düşmə riski ilə daha sağlam hamiləlik keçirdiyini sübut edib.
Toksikozla əlaqəli tədqiqatların meta-analizi hamiləlik zamanı qusma və ürəkbulanmanın hamiləyə və dölə yaxşı təsir etdiyini göstərib.
Tədqiqat müəlliflərinin fikrincə, toksikoz sağlam hamiləliyə işarə edən hormonların səviyyəsinin artması ilə bağlıdır.
Bununla belə, toksikoz keçirməyən qadınlarda hamiləliyin ilk üç ayında düşük ehtimalı 3-10 dəfə çoxdur.
Toksikozdan əziyyət çəkən analardan doğulan uşaqlarda anadangəlmə qüsurlar, böyümə və çəki çatışmazlığı daha az müşahidə olunur. Üç-yeddi yaş arasında belə uşaqların İQ səviyyəsi daha yüksək olur.
Ancaq hamiləlik dövründə toksikoz üçün dərman qəbul etməməlisiniz, çünki təhlillər göstərib ki, dərman toksikozun özünün uşaqların sağlamlığına verdiyi bütün faydaları azaldır.
Aygün Musayeva