Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.
Medicina.az Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, daha 29 nəfərin testi müsbət çıxıb. İnfeksiya aşkarlanan şəxslərin arasında idmançı yoxdur.
Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.