Nizami rayonunda elektrik cərəyanı vuran 9 yaşlı Zəhranın yalnız sol qolu ötən gün amputasiya edilib.
5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsindən verilən məlumata görə, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilən 2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızının ayaqlarının amputasiya edilməsi haqqında xəbər doğru deyil: "Xəstənin yalnız sol qolu amputasiya olunub. Hazırda azyaşlı həkim nəzarətindədir və vəziyyəti ağır olaraq qalır".
Xatırladaq ki, ötən həftə paytaxtın Nizami rayonu, Babək prospektində 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.
2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub.
Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb.
Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.