Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Toblerone-dan kritik qərar - Artıq istehsal olunmayacaq

  • 2025.04.19 10:43
  • 183 Baxış
Toblerone-dan kritik qərar -  Artıq istehsal olunmayacaq

Ən məşhur şokolad şirkəti Toblerone tünd şokoladlı versiyasının istehsalını dayandırıb.

Medicina.az xəbər verir ki, qida istehsalçısı Mondelēz International, 360 qramlıq tünd şokoladın bir daha İngiltərədə satılmayacağını açıqlayıb

"Biz müştərilərimizin və biznesimizin böyüməsini dəstəkləməklə yanaşı, dəyişən zövqlərə uyğunlaşmasını təmin etmək üçün məhsul çeşidimizi davamlı olaraq dəyişdiririk.

Nəticədə Böyük Britaniyada Toblerone Dark-ı (360 q) dayandırmaq barədə çətin qərar qəbul etdik", - Mondelez sözçüsü deyib.



Şirkət öz məhsul çeşidini "davamlı olaraq uyğunlaşdırdığını" və "Toblerone-a sərmayə qoymağa davam etdiyini" bildirərək, qərarını "zövqlərin dəyişməsi" və artan bizneslə əlaqələndirıb.

Qeyd edək ki, orijinal Toblerone ilk dəfə 1908-ci ildə icad edilib. 50% kakao olan tünd şokolad versiyası 1969-cu ildə təqdim edilib.

Aygün
Medicina.az