Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tina Törner hansı xəstəliklərdən əziyyət çəkirdi?

  • 2023.05.26 15:14
  • 3150 Baxış
Tina Törner hansı xəstəliklərdən əziyyət çəkirdi?
Məhşur müğənni Tina Törnerə bir neçə ciddi xəstəliyin diaqnozu qoyulmuşdu.


“Medicina” xəbər verir ki, Tina Turner 83 illik həyatında bağırsaq xərçəngi və böyrək çatışmazlığı da daxil olmaqla bir neçə xəstəlikdən əziyyət çəkib.


1978-ci ildə sənətçiyə hipertoniya diaqnozu qoyulub. Törner uzun müddət müalicə olunmayıb və 2013-cü ildə insult keçirib.

2018-ci ildə nəşr olunan “Məhəbbət Hekayəm” adlı xatirə kitabında müğənni bu xəstəliyə dözümsüzlüyü və gələcəkdə konsertlərdə hündürdaban ayyaqqabı geyə bilməyəcəyi barədə yazmışdı.


İnsultdan üç il sonra, 2016-cı ildə Turnerə bağırsaq xərçəngi diaqnozu qoyuldu. Müğənniyə təyin edilmiş müalicə yan təsirlərə səbəb oldu. Törnerə böyrək nəqli lazım idi və ikinci əri Ervin Bax böyrəklərindən birini ona bağışlayıb.

2017-ci ildəki əməliyyat müvəffəqiyyətlə keçdi, baxmayaraq ki, müğənni hələ də ürəkbulanma və başgicəllənmə də daxil olmaqla yüngül simptomlar yaşayırdı. O, bu barədə Avropa Böyrək Sağlamlığı Alyansına bildirmişdi.

"Xoşbəxtlik Sənə çevrilir: Həyatını Yaxşılığa Dəyişdirmək üçün Bələdçi" adlı kitabda müğənni 2020-ci ildə əməliyyatdan sonrakı yaxşılaşma haqqında yazıb və onun sözlərinə görə, bu sağ qalmasına kömək edib.


Tina Törner mayın 24-də 83 yaşında vəfat edib.

Günay Quluzadə