Ukraynanın “Batkivşina” partiyası və parlament fraksiyasının lideri Yuliya Timoşenko yeni növ koronavirusa yoluxub.
"BakuPost" xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Marina Soroka bildirib:
“Təəssüf ki, bu, doğrudur. Test Yuliya Vladimirovnanın Covid-19-a yoluxduğunu göstərdi. Vəziyyəti ağırdır. Hərarəti 39 dərəcəyə yüksəlib. Mübarizə aparır”.