Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“TikTok”un populyarlaşdırdığı yuxu taktikası

  • 2024.04.19 13:49
  • 1193 Baxış
“TikTok”un populyarlaşdırdığı yuxu taktikası
Keyfiyyətli yuxu sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Bir çox insan səhərlər yorğun, enerjisiz və halsız oyanır. Bu əlamətlər yuxunun keyfiyyətsiz olduğunu göstərir.

Medicina.az xəbər verir ki, “TikTok” sosial şəbəkəsində maraqlı yuxu taktikası paylaşılıb.

Bir anda populyarlaşan üsulu sınayanlar “həyatının ən yaxşı və rahat gecəsini keçirdiklərini” deyirlər.

Sosial mediada paylaşılan və bir çox insanın marağına səbəb olan yuxu üsulu belədir: don və köynək kimi bir geyimlə burun və ağız istisna olmaqla, bütün baş sarınır. Xüsusilə gözlərin sarınması böyük əhəmiyyət kəsb edir. Bunun daha səmərəli yuxu üçün vacib olduğu deyilir.

Bəzi insanlar üçün bu üsul yöndəmsiz və boğucu ola bilər. Mütəxəssislər isə bu metodun arxasında elmi həqiqətin olduğunu bildirirlər.

Dr. Cessika Endreyd deyir ki, bu prosedur körpələrin “qundaq”lanmasına oxşar bir sarğı üsuludur. Həkimlər baş və üzə sarılan parçanın təhlükəsizlik və rahatlıq hissi yaratdığını, işığın və səsin qarşısını almaqda təsirli olduğu üçün daha keyfiyyətli yuxu təmin etdiyini bildirirlər.

Yuxu mütəxəssisi Dr. Şelbi Herrisin sözlərinə görə isə, bu üsul əvəzinə sadəcə yuxu maskalarından istifadə etmək də olar. Yuxu maskalarının üzə uyğun olaraq hazırlandığını xatırladan mütəxəssis eyni funksiyanı yerinə yetirə biləcəyini deyir.

O qeyd edir ki, istifadəçilər tərəfindən faydalı olduğuna dair çoxlu şərhlər yazılsa da, geyimlə başı sarmaq boğulma və həddindən artıq istiyə məruz qalma riski yaradır.


Aysel