TikTok-un Sinqapurdakı baş qərargahında kütləvi zəhərlənmə baş verib.
Medicina.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, 60 nəfərin halı pisləşib, onlardan 57-si xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, bütün zərərçəkənlərdə eyni simptomlar - qarın ağrısı, qusma, 38+ temmperatur, soyuq tər, solğunluq müşahidə olunub. Onların hamısına qastroenterit diaqnozu qoyulub.
Bildirilir ki, işçilər ofisin yeməkxanasında yemək yedikdən sonra zəhərləniblər. İlkin məlumata görə, TikTok əməkdaşlarının yediyi qidanın tərkibində E.coli var.
Yerli bloqqerlər bu işdə ABŞ kəşfiyyat orqanlarının barmağı ola biləcəyini yazıblar. Onlar bunu Amerika hökumətinin uzun müddətdir ki, “ByteDance”in rəhbəri Şou Tzu Çuya zərər vurmağa çalışması ilə izah ediblər.
Aysel