Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibdə şok - İnsan nəcisindən dərman hazırlandı

  • 2023.05.04 16:07
  • 2286 Baxış
Tibdə şok  - İnsan nəcisindən dərman hazırlandı

ABŞ-ın Qida və Dərman Nəzarəti İdarəsi (FDA) insan nəcisindən hazırlanan preparatı təsdiqləyib.


"Medicina" xəbər verir ki, “Vowst” adlı həbdə canlı bakteriyalar var və “Clostridioides difficile” bakteriyasının səbəb olduğu infeksiyaların profilaktik müalicəsi üçün 18 yaş və daha yuxarı insanlara təyin edilə bilər.

Antibiotiklər adətən bağırsaqda yaşayan bakteriyaların tarazlığını poza bilir.

Sürətlə çoxalan bakteriyalar ishal, qarın ağrısı, qızdırma və kolitə, bəzi hallarda isə orqan çatışmazlığına və ölümə səbəb ola bilər.

Təkcə ABŞ-da hər il 15.000 ilə 30.000 arasında insan həmin bakteriya infeksiyalarından ölür. Belə xəstələri xilas etməyin yeganə yolu sağlam donorun bağırsaq mikroflorasından xəstəyə köçürməkdir.

Klinik sınaqlarda həbin ən çox görülən yan təsirləri şişkinlik, yorğunluq, qəbizlik, titrəmə və ishal olub.


Aygün Musayeva