Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibdə ŞOK: Hamilə qadın klinik ölümdən ayıldı

  • 2025.02.08 15:44
  • 196 Baxış
 Tibdə ŞOK: Hamilə qadın klinik ölümdən  ayıldı

Britaniyada hamilə qadın klinik ölümdən sonra oyanıb. Onun ürəyi 14 dəqiqə döyünməyib.


“Medicina” xəbər verir ki, 30 yaşlı Britaniya sakini Nataşa Sokunbi hamiləliyinin 37-ci həftəsində 14 dəqiqəlik klinik ölüm yaşasa da, sağ qalmağı bacarıb. Özünə gələndə isə artıq uşaq doğulmuşdu.


37 həftəlik hamilə qadın özünü pis hiss etməyə başlayıb: o, döş qəfəsində ağrılar və nəfəs almaqda çətinlik çəkib. Təcili yardıma özünü çatdıran qadının huşu gedib.


Royal Stoke Universiteti Xəstəxanasının həkimləri qadını və körpəsini xilas etmək üçün mübarizə aparıb, xəstə reanimasiyada ola-ola təcili qeysəriyyə əməliyyatı keçirib. 30 dəqiqə davam edən səylərdən sonra qadının vəziyyəti stabilləşib və o, süni komaya salınıb.

Ertəsi gün qadın oyanıb, 2900 qram ağırlığında bir qız dünyaya gətirdiyini öyrənib. Körpəyə Bo adı verilib.

Həkimlər anaya klinik ölümünün 14 dəqiqə davam etdiyini və uşağın həqiqətən də faktiki meyitdən çıxarıldığını bildiriblər. Gənc ana xəstəxanada cəmi üç həftə keçirdi və gələcəkdə ürək dayanmasının qarşısını almaq üçün kardiostimulyatorla təchiz edildi.

Aygün Musayeva