53 yaşlı kişi 18 saatlıq ürək dayanmasından sonra həyata qayıdıb.
Medicina.az xəbər verir ki, hadisə Fransanın cənubunda baş verib.
3 həftə öncə həmin adam qardaşını ziyarətə gedib, amma onun evinə çata bilməyib. Ailəsi itkin düşmüş şəxsin tapılması üçün axtarışa başlayıb və onu Orb çayının sahilində huşsuz vəziyyətdə tapıblar. Həmin vaxt kişinin ürəyi döyünməyib, bədəninin temperaturu isə 22 dərəcəyə qədər enib. Xəstəyə birbaşa ürək masajı edildikdən sonra o, Monpelye şəhərindəki bir xəstəxanaya yerləşdirilib. 53 yaşlı kişinin ürək döyüntüsü 18 saatdan sonra bərpa edilib və o, həyata qayıdıb.
Həkimlər bu qeyri-adiliyi hipotermiya vəziyyəti ilə, yəni bədən istiliyinin maksimum azalması ilə izah edirlər.