ABŞ-da dünyaya gələn əkiz bacılar - Abigail Hensel və Brittany Hensel həkimlərin "uzun müddət yaşamayacaqlar" deməsinə baxmayaraq qeyri-adi bir həyat sürürlər.
Medicina.az Moderator.az-a istinadən xəbər verir ki, kənardan baxanda yalnız iki başı olan əkizlərin bir çox orqanı bərabər işləyir.
Əkizlər bir bağban ailəsində dünyaya göz açıblar. Onlar doğulandan sonra həkimlər ayırma prosesinin ciddi ölüm riski olduğunu bildirib. Bu valideynləri ayırma variantından imtina etməyə məcbur edib. Qızların normal həyat sürməsini görən valideyinlər onların ayrılmasına ehtiyac olmadığını düşünüblər.
Realiti şouların birinə dəvət olunan xanımlar özlərini çox yaxşı hiss etdiklərini bildiriblər. Onlar hətta birlikdə maşın sürür, müxtəlif əyləncələrə qoşulurlar. Eləcə də xanımlar ibtidai sinif müəllimi olduqlarını qeyd ediblər.