Tibdə nadir rast gəlinən hadisə baş verib.
Medicina.az xəbər verir ki, 2 uşaq atası 3 dəfə sinə xərçənginə yoluxub.
Həyat yoldaşı 12 il əvvəl ərinin məmə ucunun yaxınlarında yumru şiş olduğunu hiss etsə də, buna diqqət yetirmədiyini bildirib. Çünki 48 yaşındakı Stuatr Veaver kişilərin döş xərçənginə yoluxmadığını düşünüb. Aparılan analizlərdən sonra isə xərçəng diaqnozu qoyulub. Mübarizəyə kimyaterapiya ilə başlayan Stuart, daha sonra əməliyyatla sinəsinin birini götüzdürməli olub.
Xəstəliyə qalib gəlsə də, 2012-ci ildə ikinci dəfə eyni xəstəliyə tutulub. Sağlığına diqqət edən, siqaret çəkməyən adam kimyaterapiya aldıqdan sonra yenidən xəstəliyə qalib gəlib.
Sonra öskürməyə başlayan kişi qrip olduğunu düşünüb, ancaq öskürək keçməyincə yenidən xəstəxanaya müraciət etməli olub.
Xəstəyə 3-cü dəfə də eyni xəstəlik diaqnozu qoyulub. Bu dəfə isə xərçəngin agciyərlərinə yayıldığı məlum olub.
2 uşaq atası bir daha dərman müalicəsinə başlayıb.
Hazırda xərçənglə mübarizəyə davam edir.