Türkiyədə unikal əməliyyat baş tutub.
Medicina.az xəbər verir ki, Türkiyənin Kocaeli şəhərində qida borusu olmayan körpə dünyaya gəlib.
Doğulan uşağın ilkin müayinəsi zamanı tüpürcəyini uda bilməməsi, rəngində göyərmə müşahidə edilərək reanimasiyaya götürülüb. Uşaq cərrahı Onursal Varlıklı, Yusuf Atakan Baltrak və kollektivi tərəfindən keçirilən əməliyyatda nəfəs borusunun qida borusuna olan bağlantısı ayrılıb. 2.5 saat davam edən əməliyyatda körpəyə qida borusu taxılıb. Həkimlər bunun tibdə 3-4 min doğumda bir rastlanılan hadisə olduğunu vurğulayıblar.
"Çox nadir rast gəlinən hadisədir. Boğulma hissi, ağızdan köpük gəlməsi, nəfəs darlığı qida borusunun olmamasının göstəricisidir”,-deyə Yusuf Atakan Baltrak bildirib.
Uşağın ailəsi uğurlu əməliyyatı möcüzə adlandırıblar.