Böyük Britaniyanın Milli Sağlamlıq Xidməti onkoloji xəstələrin müalicəsinə 75 faizə qədər kömək edən peyvəndin formulunu tapıb və artıq istehsala başlayıb.
"Medicina" xəbər verir ki, bu dünyada ilk xərçəng peyvəndi istehsalıdır.
"Cəmi 7 dəqiqəyə vurulan xərçəng əleyhinə peyvənd bəzi xərçəng xəstələri üçün dərman müalicəsinin müddəti dörddə üçə qədər qısalacaq.
Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Təşkilatı (MHRA) tərəfindən təsdiqləndikdən sonra İngiltərədəki yüzlərlə xəstəyə inyeksiya olunacaq.
İlk növbədə bu dərman transfuziyası alan xəstələrə vurulacaq.
Atezolizumab, xərçəng hüceyrələrini tapmaq və məhv etmək üçün xəstənin öz immun sistemini gücləndirən immunoterapiya dərmanıdır. Müalicə hazırda ağciyər, döş, qaraciyər və sidik kisəsi də daxil olmaqla müxtəlif növ xərçəngi olan xəstələrə tətbiq olunacaq".
Aygün Musayeva