İngiltərənin paytaxtında fəaliyyət göstərən xəstəxanalardan birində maraqlı hadisə baş verib.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, qeysəriyyə əməliyyatı zamanı qadın anidən huşunu itirib. Hadisə qarşısında nə edəcəklərinə qərar verə bilməyən həkimlər qeyri-adi hal ilə rastlaşıblar.
Belə ki, körpə hər kəsi təəccübləndirib. Qadın huşsuz halda uşaq dünyaya gətirib. Həkimlər isə gördükləri qarşısında şok olublar. Körpə qeysəriyyə kəsiyindən yavaş-yavaş özü çıxıb. Həkimlər bu hadisəni tibb tarixində bir ilk adlandırıb.
Körpə və ananın səhhəti normaldır. Həkimlər uşağı "möcüzə" adlandırıblar.
Körpənin doğuş anı anbaan kameralara çəkilib: