Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibdə ilk - İnsana donuz böyrəyi köçürüldü

  • 2021.10.20 12:51
  • 1745 Baxış
Tibdə ilk -  İnsana donuz böyrəyi köçürüldü
Nyu-Yorkda cərrahlar insana geni dəyişdirilmiş donuz böyrəkləri köçürülməsi üzrə uğurlu əməliyyat həyata keçiriblər.

Medicina.az xəbər verir ki, Nyu-York Transplantalogiya İnstitutunun rəhbəri Robert köçürülmüş orqan tam normal işlədiyini bildirib. O, qeyd edib ki, pasiyent süni nəfəs aparatına qoşulmuşdu və onun beyni ölü vəziyyətdə idi.

Tədqiqatda iştirak edən transplantasiya cərrahiyyəsi professoru keçirilmiş əməliyyatı “nəhəng dönüş və çox böyük nailiyyət” adlandırıb.

Məqalə müəllifi hesab edir ki, əgər alimlər insanlara köçürmək üçün donuz orqanları yetişdirə bilsələr, bu, transplantasiya növbəsinə dayanan 100 minə yaxın amerikalının həyatını xilas edə bilər. Onların təxminən 90 mini məhz böyrəyə ehtiyac duyur.