Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibdə ilk: Göz transplantasiyası keçirildi

  • 2023.11.11 15:45
  • 1985 Baxış
Tibdə ilk: Göz transplantasiyası keçirildi
ABŞ cərrahları nəhayət ki, göz transplantasiyasına imza atdılar.

"Medicina" xəbər verir ki, dünyada ilk dəfə bir insana bütöv göz transplantasiyası həyata keçiriblər.

Tok vurmasından gözünü itirən 46 yaşlı hərbi veteran sol gözünü, burnunu, dodaqlarını, ön dişlərini, sol yanağının bir hissəsini və çənəsini sümüyə qədər itirmişdi.

Əməliyyatın mayın 27-də keçirildiyi və 21 saata yaxın davam etdiyi məlum olub. Prosesə 140-dan çox cərrah, tibb bacısı və digər tibb işçiləri cəlb olunub.Göz donor orqanıdır.

Xəstənin yeni gözlə görüb-görə bilməyəcəyi hələ bəlli deyil. Amma əsas odur göz tam olaraq bir bədəndən digərinə köçürülə bilib.


Aygün