Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibdə ilk: eyni vaxtda ürək və ağciyər köçürüldü

  • 2022.08.22 14:28
  • 1857 Baxış
Tibdə ilk:  eyni vaxtda ürək və ağciyər köçürüldü
İtaliyada ürək və hər iki ağciyərin eyni vaxtda transplantasiyası əməliyyatı baş tutub.


Medicina xəbər verir ki, 19 yaşlı qadın 12 saatlıq əməliyyatla orqan köçürülüb.


O, ağciyər arteriya sistemində təzyiqin artması ilə xarakterizə olunan və ürək problemlərinə səbəb olan ağciyər hipertenziyasından əziyyət çəkirdi.


Klinikadan bildirilib ki, əməliyyatdan sonra xəstənin vəziyyəti xeyli yaxşılaşıb, baxmayaraq ki, hələ də uzun reabilitasiya prosesi tələb olunur. O, süni nəfəs aparatının köməyi olmadan nəfəs alır.

Aygün